REGİONLAR


Abel Məhərrəmov: Akademik Məcid Rəsulov riyaziyyat elmi sahəsində çox böyük məktəb yaradıb VİDEO

A+ A

Şəki, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu gün Azərbaycan elmi və təhsili üçün əlamətdar günlərdən biridir. Biz Şəkidə Bakı Dövlət Universitetinin dünya şöhrətli riyaziyyatçı alimi, akademik Məcid Rəsulovun 100 illik yubileyini qeyd edirik. Məcid Rəsulov Azərbaycanda riyaziyyat elmi məktəblərinin yaranması istiqamətində ilk addım atan alimlərimizdən biridir, dünya şöhrətli alimdir. O, çox böyük məktəb yaradıb. Bu gün o məktəbin üzvləri, onun yetişdirdiyi akademiklər, professorlar, dosentlər bugünkü tədbirdə iştirak edirlər. Belə alimlərin yubileylərinin keçirilməsində əsas məqsəd odur ki, gənclik vətənpərvərlik ruhunda böyüsün, təhsilə, elmə böyük dəyər versin. Ən vacibi isə odur ki, dövlətimizin başçısı tərəfindən aparılan uğurlu islahatlara cavab verə bilən nəsil formalaşsın.

AZƏRTAC xəbər verir ki. bu sözləri akademik Məcid Rəsulovun yubiley tədbirində iştirak edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Şəkidə jurnalistlərə müsahibəsində deyib.

Bu gün Şəki şəhərində, alimin yaşadığı küçədə onun xatirə lövhəsinin açıldığını diqqətə çatdıran BDU-nun rektoru bildirib ki, artıq o küçədən keçən hər bir şəxs, gənc çalışacaq ki, özünü Məcid Rəsulova oxşatsın.

Universitetin rektoru yubiley tədbirinin yüksək səviyyədə keçirilməsinə göstərdiyi dəstəyə görə Şəki şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.