ELM VƏ TƏHSİL


“Abidəşünaslıq” monoqrafiyası çapdan çıxıb

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazovanın “Abidəşünaslıq” monoqrafiyası çapdan çıxıb.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, əsərdə tarix və mədəniyyət abidəsi fenomeninin tərifi, əlamətləri, onun status səviyyəsini müəyyən edən dəyər komponentləri təhlil olunur, abidələrlə bağlı məsələlərin geniş spektri nəzərdən keçirilir.

Kitabdan abidələrin mühafizəsi, populyarlaşdırılması sahəsində çalışan mütəxəssislər, eləcə də muzeyşünaslıq üzrə təhsil alan bakalavrlar, magistrantlar və doktorantlar faydalana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.