ELM VƏ TƏHSİL
“Abituriyent” jurnalının altıncı nömrəsi nəşr olunub
Bakı, 20 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının altıncı nömrəsini nəşr edib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində ümumi (IX illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin siyahısı, ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim edilib.
Ümumi (IX illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunanlar iyulun 21-dən 29-dək tələb edilən sənədləri qəbul olunduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək.
Jurnalı: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Nəşrin elektron versiyasını (pdf formatında) Komissiyanın saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).