ELM VƏ TƏHSİL
“Abituriyent” jurnalının beşinci nömrəsi nəşr edilib
Bakı, 16 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının beşinci nömrəsini nəşr etdirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, jurnalda orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisasların Qabiliyyət İmtahan Komissiyaları üzrə bölgüsü, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və digər məlumatlar əksini tapıb.
Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ötən ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edilib.
Jurnalları Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: