CƏMİYYƏT


“Abituriyent” jurnalının on birinci nömrəsi nəşr edilib

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının on birinci nömrəsini nəşr etdirib.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, komissiya 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. Elanın tam mətni “Abituriyent” jurnalının 11-ci nömrəsində çap olunub. Nəşrin bu nömrəsində, həmçinin orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının Qabiliyyət İmtahanı Komissiyaları üzrə bölgüsü, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumat Azərbaycan və rus dillərində dərc olunub.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.

Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.