CƏMİYYƏT


“Abituriyent” jurnalının səkkizinci nömrəsi nəşr edilib

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının səkkizinci nömrəsini nəşr etdirib.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, bu nömrədə 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan plan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və ya Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.

ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Nəşrin elektron versiyasını (pdf formatında) TQDK saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti ( http://eservices.tqdk.gov.az/ejurnal/) vasitəsilə ödəniş etməklə əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.