ELM VƏ TƏHSİL
“Abituriyent” jurnalının üçüncü nömrəsi nəşr olunub
Bakı, 4 may, AZƏRTAC
“Abituriyent” jurnalının üçüncü nömrəsi nəşr edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, jurnalda 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (IX illik) tələbə qəbulu qaydaları və qəbul elanı dərc olunub.
Jurnalın bu nömrəsində, həmçinin ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyentlər üçün təlimat, “Abituriyentin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi və digər materiallar Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnalı TQDK-nın binası (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m) qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.