CƏMİYYƏT


“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi elan edib. Elanın tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunub.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, jurnalın bu xüsusi buraxılışında, həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m ünvanlarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az  saytından sifariş etmək olar.

Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş yolu ilə əldə etmək mümkündür (Xidmətə keçid: ttp://eservices.tqdk.gov.az/ejurnal/).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.