ELM VƏ TƏHSİL


Abituriyentlərin ixtisas seçimi ən çox birinci qrup üzrə qeydə alınıb

Bakı, 9 avqust, AZƏRTAC 

Avqustun 9-da saat 12:30-a olan məlumata əsasən, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı birinci ixtisas qrupu üzrə daha çox müşahidə olunub.

AZƏRTAC-a xəbər verir ki, indiyədək birinci qrup üzrə 13 min 815 abituriyent ixtisas seçib. Onlardan 12 min 505-i Azərbaycan, 1310-u isə rus bölmələrində təhsil alacaq abituriyentlərdir.

Artıq ikinci qrup üzrə 12 min 61, üçüncü qrup üzrə 10 min 517, dördüncü qrup üzrə isə 2 min 873 abituriyent ixtisas seçimi edib. Ümumilikdə isə indiyədək 39 min 266 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi edib.

İxtisas seçimi avqustun 10-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.