ELM VƏ TƏHSİL


Abituriyentlərin nəzərinə!

Bakı, 28 iyuI, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının ikinci nömrəsində 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid ballarını təqdim edib.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) AZƏRTAC-a bildirilib ki, jurnalda UNEC-də biznesin idarə edilməsi ixtisasına keçid balı ilə bağlı yanlışlığa yol verilib.

Ali təhsil müəssisələrinə ixtisas seçiminin başladığı mərhələdə abituriyentlərin diqqətinə çatdırılır ki, ötən il biznesin idarə edilməsi ixtisasına ingilis dilində tədris üçün keçid balı 600, türk dilində tədris üçün 318 (580) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.