İQTİSADİYYAT


Abşeron, Binəqədi və Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 8-də saat 09.00-dan Abşeron rayonunun Xırdalan şəhərinin, Qobu, Güzdək, Aşağı Güzdək və Hökməli qəsəbələrinin, Binəqədi rayonu Çiçək yaşayış massivi ərazisində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məhdudiyyətlər qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək işlərlə əlaqədar olacaq.

Görülən işlər Sabunçu rayonunun Maştağa qəsəbəsinin və Savalan yaşayış massivinin qaz təchizatına təsir göstərəcək. Məhdudiyyət işlər yekunlaşanadək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.