REGİONLAR
Abşeron Rayon Olimpiya İdman Kompleksi ilin sonunadək istifadəyə veriləcək
Xırdalan, 26 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Tikintisi müvəqqəti dayandırılan Abşeron Rayon Olimpiya İdman Kompleksində işlər yenidən sürətlənib.
AZƏRTAC xəbər verir ki, idman obyektində tikinti işlərinin 80 faizi başa çatıb. Kompleksin ilin sonunadək istifadəyə verilməsi gözlənilir.
Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksi Prezidentin 2011-ci il 27 may tarixli Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilir. Tikinti üçün Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Xırdalan şəhəri ərazisində, Bakı-Quba avtomobil yolunun 17-ci kilometrliyində 5 hektar torpaq sahəsi ayrılıb.
Layihə-smeta sənədləri “L & N” memarlıq-dizayn şirkəti tərəfindən hazırlanıb. Tikinti-quraşdırma işləri “İnşaatçı” MMC tərəfindən yerinə yetirilir.
Kompleksin təməli 2012-ci ildə qoyulub.