CƏMİYYƏT


Abşeron, Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir. Bununla əlaqədar avqustun 2-də gün ərzində Abşeron rayonunun Bağlar massivinə, həmçinin Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AZƏRTAC-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.