CƏMİYYƏT


Abşeron polisi vətəndaşlara 25 min manat ziyan vuran şəxsləri yaxalayıb

Bakı, 7 iyun, AZƏRTAC

Mayın 7-də Novxanı kənd sakinləri Əyyub Mirzəyevin və Xanağa Tağıyevin kəndin otlaq sahəsinə buraxdıqları iribuynuzlu mal-qara geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün onlar bu barədə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək fermer təsərrüfatları üçün aldıqları, ümumi dəyəri 25 min manatdan çox olan 8 baş cins inəklərinin otlaq sahəsindən oğurlandığını bildiriblər.

Əməliyyat qrupu hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib, Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə ediblər. Məlum olub ki, 3 naməlum şəxs həmin iribuynuzlu heyvanları otara-otara Goradil kəndi istiqamətinə aparıblar.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Kamera görüntüləri və əldə olunan əməliyyat məlumatları əsasında hadisəni törədənlərin şəxsiyyəti müəyyən edilib.

İyunun 6-da Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Ağayev, Seymur Ağayev və Allahşükür Şahbazov Binəqədi kəndi ərazisində saxlanılaraq polis idarəsinə gətiriliblər.

Araşdırmalar zamanı onlar törətdikləri əməli etiraf ediblər. Aparılan tədbirlərlə onların ələ keçirdikləri həmin cins inəkləri dəyərindən qat-qat aşağı - cəmi 8 min manata satdıqları da müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.