REGİONLAR


Abşeron rayonunda Xalq Şairi Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub VİDEO

Xırdalan, 24 dekabr, AZƏRTAC

Abşeron rayon mədəniyyət mərkəzində XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qələmi, ictimai fəaliyyəti ilə özünün ədəbi məktəbini yaratmış Xalq Şairi Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin yaradıcı kollektivi tərəfindən təşkil olunan yubiley tədbiri şairin həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişı ilə başlanıb.

Tədbirdə S.Vurğunun yazdığı lirik şeirlər, iri həcmli poema və dram əsərləri əsasında hazırlanan ədəbi kompozisiya, “Azərbaycan, “Ceyran”, “Dağlar”, “Ananın öyüdü”, “Şəfqət bacısı” və digər əsərlərinə bəstələnən mahnılar məktəblilərin ifasında tədbir iştirakçılarına təqdim edilib. S.Vurğunun ən gözəl əsərlərindən olan “Vaqif” dramı və “Aygün” poeması əsasında hazırlanmış səhnəcik maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.