CƏMİYYƏT
Abşeron rayonunda ev yanıb
Bakı, 30 iyul, AZƏRTAC
Abşeron rayonunda ev yanıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Abşeron rayonunun Təzəkənd kəndində ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 3 otaqlı ev yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Masallı şəhərində də evdə yanğın baş verib. Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 5 otaqlı evin çardağının yanar konstruksiyaları 80 kv.m sahədə, 1 otağın yanar konstruksiyası və ev əşyalar 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:13-də söndürülüb.
Quba rayonunda isə minik avtomobili alovlanıb. Qırmızı Qəsəbə qəsəbəsində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.