CƏMİYYƏT


Abşeron rayonunda fərdi evdə yanğın baş verib

Bakı, 20 iyun, AZƏRTAC

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus 104 kvadratmetr olan 1 mərtəbəli 4 otaqlı evin zirzəmisinə yığılmış istifadəsiz ev əşyaları 4 kvadratmetr sahədə, zirzəminin tavanı və 1 otağın döşəməsi 40 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.