REGİONLAR
Abşeron rayonunda keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Xırdalan, 23 noyabr, AZƏRTAC
“Çiçəklənən Abşeronum” adlı ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, müsabiqənin son mərhələsi Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib. Rayonun 17 məktəbindən 25 şagirdin iştirak etdiyi müsabiqədə yazılar münsiflər heyəti tərəfindən yoxlanılıb.
Birinci yeri Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Fatimə Verdiyeva, ikinci yeri Xırdalan şəhər 7 nömrəli tam orta məktəbin 11–ci sinif şagirdi Nərminə İsmayılova, üçünçü yeri isə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Sədaqət Quluzadə tutub.
Qalib şagirdlərin hər biri qiymətli hədiyyələr və fəxri fərmanla mükafatlandırılıb.