REGİONLAR
Abşeron rayonunda ödənişsiz kompyuter kurslarından 100-dək şəxs yararlanacaq
Xırdalan, 8 fevral, AZƏRTAC
Abşeron rayonunda hər il imkansız ailələr, əlil və müharibə veteranları, eləcə də onların övladları üçün ödənişsiz kompyuter kursları təşkil olunur. Növbəti kurslar fevralın 20-dən etibarən Xırdalan şəhər Heydər Əliyev Mərkəzində 4 ay müddətində həftədə iki dəfə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kursların keçirilməsində məqsəd bu kateqoriyadan olan insanların informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnməsinə və məşğulluğunun artırılmasına nail olmaqdır.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan kurslardan cari ildə 100-ə qədər şəxs yararlanacaq. Kursun sonunda məzunlara Abşeron rayon Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]