REGİONLAR


Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün 1200 yerlik yeni məktəb tikilir VİDEO

Xırdalan, 5 avqust, Ətrabə Rzayeva, AZƏRTAC 

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir.

AZƏRTAC xəbər verir ki, Dövlət Proqramı çərçivəsində Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər yaşayan şəhərcikdə 1200 yerlik yeni məktəb binası tikilir.

Xatırladaq ki, 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində “Gənclər şəhərciyi” salınıb. Burada məskunlaşan 2181 məcburi köçkün ailəsi mənzillərin genişliyindən, yaradılan şəraitdən razılıq edirlər. Amma şəhərcikdə məktəbin olmaması səbəbindən məcburi köçkün uşaqları məktəb proqramının dərslərini onlar üçün ayrılmış xüsusi yerlərdə keçirdilər.

Azərbaycan Prezidentinin göstərişi ilə Mehdiabad qəsəbəsindəki “Gənclik şəhərciyi”nin ərazisində Təhsil Nazirliyinin sifarişi əsasında 1200 şagird yerlik məktəb binasının tikintisi davam edir. Məktəbin tikilməsi şəhərcikdə yaşayan məcburi köçkünlərlə yanaşı, Mehdiabad sakinlərini də çox sevindirir. Çünki yaxınlıqda yaşayan sakinlərin uşaqları da bu məktəbdə təhsil ala biləcəklər. Müasir avadanlıqlarla təmin olunacaq məktəb binası ilin sonunda istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.