İQTİSADİYYAT


“Abşeron” regional elektrik şəbəkəsi mövsümə hazırlığı başa çatdırıb

Bakı, 8 dekabr, AZƏRTAC

Cari ilin son 4 ayı ərzində “Abşeron” regional elektrik şəbəkəsinin (REŞ) xidməti ərazisində yerləşən bütün yarımstansiyalarda və elektrikötürücü xətlərdə mövsümə hazırlıq işləri başa çatıb.

“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılıb, enerjinin ötürülməsi sisteminin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, 500 kilovoltluq (kV) “Abşeron” yarımstansiyasında 3 saylı avtotransformatorun yeni 10 kV-lik qapalı paylayıcı quruluşunun (QPQ) tikintisi davam etdirilib, 2 saylı avtotransformatorun xətt portalında isə 20 ədəd izolyator yenisi ilə əvəz edilib.

Bu dövrdə 110 kV-lik “8 KM ” yarımstansiyasında yeni tikilmiş 10 kV QPQ-də quraşdırma işləri davam etdirilib. “Qala” və “Dübəndi” yarımstansiyalarında isə yeni quraşdırılmış əks-qəza panellərində yoxlamalar aparılıb.

Hesabat dövründə “Hövsan” yarımstansiyasında 1 saylı avtotransformatorun mühafizəsi, ”Qala”, “Dübəndi” “Ramana” və “Suraxanı” yarımstansiyalarında yeni quraşdırılmış əks-qəza avtomatikası (YAXA) qurğularının idarə və siqnalizasiya dövrələri yoxlanılıb.

Bundan əlavə, 220 KV-lik 2-ci Hövsan, 4-cü və 5-ci Abşeron, Səngəçal, Qəbələ, 110 KV-lik 3-cü Puta, 8-ci Şəngəçal və digər bir neçə hava xətlərinin dayanıqlılığının daha da yüksəldilməsi məqsədilə müxtəlif təyinatlı təmir işləri görülüb.

Qeyd edək ki, “Abşeron” REŞ Bakı şəhəri və Bakıətrafı kəndlərdə enerji təchizatı müəssisələrinə elektrik enerjisinin ötürülməsini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.