REGİONLAR


Abşeron: səhiyyə işçilərinə öz şərəfli peşələrini layiqincə yerinə yetirmələri üçün geniş imkanlar yaradılıb

Xırdalan, 17 iyun, AZƏRTAC 

İyunun 17-də Abşeron Rayon İcra Hakimiyyətinin akt zalında Tibb işçilərinin peşə bayramı qeyd edilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova tibb işçilərini əlamətdar gün münasibətilə təbrik edərək, rayonun səhiyyə sahəsində qazanılan uğurlardan danışıb. Bildirilib ki, son 12 ildə Abşeronda yeni-yeni poliklinikalar, ambulatoriyalar tikilib, köhnə tibb məntəqələri əsaslı təmir olunub. Hazırda Abşeronda 500 mindən çox sakin yaşayır və 1000-nə yaxın həkim onların sağlamlığının keşiyində dayanıb.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Mehriban Qaralova qeyd edib ki, bu bayramı səhiyyə işçilərinə ulu öndər Heydər Əliyev 2001-ci ildə imzaladığı Sərəncamla bəxş edib. Səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan natiq son illərdə yeni-yeni tibb müəssisələrinin açılmasının, mövcud olanların təmir-bərpasının bu gün səhiyyə işçilərinə öz şərəfli peşələrini layiqincə yerinə yetirmələri üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Bayram tədbirində çıxış edən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Məhərrəm Abdulov, rayon xəstəxanasının həkimləri Nasir Əhmədov, Fərdi Ağayev, Hürü Osmanova tibb işçilərini bayramları münasibətilə təbrik edib, Abşeron səhiyyəsinin bugünkü nailiyyətlərindən danışıblar.

Sonda səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətlərinə görə bir qrup tibb işçisinə Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.