İQTİSADİYYAT


Abşeron və Suraxanı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması və qaz xətti üzərində “RDUK200” markalı tənzimləyicinin quraşdırılaraq istehlakçıların təbii qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyulun 13-də saat 9-dan işlər yekunlaşanadək Abşeron rayonunun Mehdiabad, Ceyranbatan və Saray qəsəbələrinin ərazisində, Suraxanı rayonunun Hövsan qəsəbəsi, Bahar, Dədə Qorqud yaşayış massivi və köhnə Suraxanı qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilın məlumata görə, aparılan işlərin Sabunçu, Binəqədi və Xəzər rayonlarının təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.