CƏMİYYƏT


Abşeron yarımadasının bəzi sürüşmə ərazilərində nisbi aktivlik qeydə alınıb

Bakı, 11 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən iyunda Bakıda və Abşeron yarımadasında, həmçinin rayonlarda ekzogen geoloji proseslərin dinamikasında müşahidələr davam etdirilib, mövcud sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan müşahidələr nəticəsində Bakının və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınıb. Zığ-1, Masazır, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Suraxanı rayonu, Əhmədli qəsəbəsi Zığ-1 sürüşmə zonasında lokal sahədə sürüşmə proseslərinin dinamikasında nisbi aktivləşmə olsa da, uçqun və dağıntı qeydə alınmayıb. Günəşli yaylası-oturma sahəsində torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar qeydə alınıb.

Abşeron rayonu Masazır sürüşmə sahəsində uçqun prosesinin dinamikasında, Masazır qəsəbəsi Zəli gölü adlanan ərazidə isə sürüşmə və uçqun proseslərinin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Sabunçu rayonu Maştağa-Zabrat subasma sahəsində, Daş Karxanası yaşayış massivində və Qala qəsəbəsində subasma proseslərinin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Astara rayonunun Kijəbə, Miki sürüşmə sahələrində, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu kilometrliyində, Lənkəran-Lerik yolunun 27-29-cu və 45-47-ci, 17-19-cu kilometrliyində, Lənkəran rayonunun Horavenc, Gəgiran sürüşmə sahələrində, Masallı rayonunun Güllütəpə, Zuvand sürüşmə sahələrində, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində, Çinar sürüşmə sahəsində, Gədəbəy rayonu Şahdağ, Pirdağ, Arıqıran sürüşmə sahəsində, Daşkəsən rayonu Alunitdağ sürüşmə sahəsində, Ağsu rayonu Sanqalan sürüşmə sahəsində, İsmayıllı rayonu İstisu, Sədiyan, Xankəndi sürüşmə sahələrində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunub. Monitorinq və müşahidələr davam etdirilir.

Monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.