CƏMİYYƏT
Abşeron yarımadasının bəzi yerlərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25°, gündüz 34-39° isti, Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 756 mm civə sütunu, nisbi rütubət 40-50 faiz təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlığa əsasən, iyulun 19-dan 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz olacaq. Uzun müddət günəş altında olmaq məsləhət deyil.
İyulun 19-dan 23-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 35-40° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 33-38° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 33-38° isti, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 19-dan 23-dək hava şəraitinin isti olacağı ehtimalı var. Havanın maksimal temperaturu 35-40°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 28-33° isti təşkil edəcək.