İQTİSADİYYAT


“Abşeron” yatağından qaz hasilatı 2019-cü ilin üçüncü və dördüncü rübündə nəzərdə tutulur

A+ A

Bakı, 29 avqust, Nihad Budaqov, AZƏRTAC

“Abşeron” yatağından ilkin hasilat quyusu ən tez gələn ilin üçüncü rübündə qazılacaq. Yataqdan ilkin qaz hasilatı isə 2019-cü ilin üçüncü və dördüncü rübündə nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 29-da Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Akademik qeyd edib ki, hazırda hasilatın pay bölgüsü sazişi üzrə podratçı tərəfindən “Abşeron” yatağında İşlənmə Proqramı hazırlanır. İllik hasilat planı çərçivəsində hasil ediləcək ilkin qaz üçün belə bir ilkin fəaliyyət planı nəzərdə tutulub. Bu ilin sentyabrınadək konsepsiyanın həyata keçirilməsi imkanlarına dair tədqiqatın sona çatdırılması baş tutacaq. Oktyabrın sonunda İşlənmə Proqramının tərəfdaşlar tərəfindən təsdiq edilməsi, noyabrın əvvəlində bu proqramın SOCAR-a təqdim olunması, gələn il yanvarın sonuna qədər İşlənmə Proqramının təsdiqi planlaşdırılır. 2017-ci ilin sonuncu rübündə isə ilkin hasilatla bağlı plan üzrə yekun investisiya qərarı qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.