REGİONLAR
Abşeronlu gənc fortepiano ifaçısı Türkiyədə yarışmanın laureatı olub
Xırdalan, 9 iyun, AZƏRTAC
Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbi daha bir uğura imza atıb. Məktəbin şagirdi Türkiyənin İzmir şəhərində “Motsart Akademi 3” Beynəlxalq piano müsabiqəsi və festivalında uğurla çıxış edib.
Şəhərin Karşıyaka bələdiyyəsinin Hikmet Şimşek sənət mərkəzində təşkil olunan müsabiqəyə dünyanın müxtəlif ölkələrindən, eləcə də Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Azərbaycandan iştirakçılar qatılıb.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC–a bildiriblər ki, məktəbin fortepiano ixtisası üzrə II sinif şagirdi Nuray Mehdiyeva müsabiqədə II dərəcəli diploma layiq görülərək laureat adını qazanıb.
Xatırladaq ki, “Motsart Akademi 3” Beynəlxalq piano müsabiqəsi və festivalı 5-25 yaşında olan ifaçılar arasında 5 yaş kateqoriyası üzrə keçirilib. Müsabiqənin şərtlərinə görə, repertuarda əsasən dünya bəstəkarlarının klassik əsərləri ifa olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]