DÜNYA


Abu-Dabi dünyada ən təhlükəsiz şəhər hesab edilir

Abu-Dabi, 10 avqust, AZƏRTAC

Numbeo şirkəti 2017-ci ildə dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini açıqlayıb. Burada təhlükəsizlik və cinayətin az olmasına görə ən yaxşı göstəricini Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nümayiş etdirib.

AZƏRTAC BƏƏ KİV-lərinə istinadla xəbər verir ki, Abu-Dabi 86,46 bal təhlükəsizlik indeksi ilə reytinq cədvəlinə başçılıq edib. Ondan sonra Bazel (İsveçrə), Münxen (Almaniya), Sinqapur (Sinqapur), Kvebek (Kanada), Taybey (Çin), Boyse (ABŞ), Bern (İsveçrə), Sürix (İsveçrə) şəhərləri göstərilir.

Dəkkə (Banqladeş) Asiyada, San-Pedro-Sula (Qonduras) isə dünyada ən təhlükəli şəhər hesab olunur.

Qeyd etmək lazımdır ki, Numbeo şirkəti beynəlxalq reytinqlərin hazırlanmasında məlumatların toplanması və təhlili üzrə ixtisaslaşır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.