Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Abu Dabi ənənələrin və müasirliyin istinadgahıdır

Bakı, 14 iyun, AZƏRTAC 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sürətlə inkişaf edən paytaxtı Abu Dabi turizmin miqyasına görə Dubayın bəlkə də başlıca rəqibidir. Abu Dabi dünyanın neft ehtiyatının 10 faizinə malikdir və bu da onu turistləri cəlb etmək üçün iddialı layihələr həyata keçirmək imkanı olan çox varlı Əmirliyə çevirir. Burada çoxlu məşhur otel, nəhəng və möhtəşəm ticarət və əyləncə mərkəzləri var. Bununla yanaşı, Əmirlikdə adət-ənənələr və mədəni dəyərlər qayğı ilə qorunub saxlanılır.

Müasir Abu Dabi həyatının nəbzini hiss etmək üçün biz dörd gün müddətinə Yas adasının ən sürətli attraksionlar, o cümlədən su attraksionları dünyasına baş vurduq, unikal Şahin hospitalında şahinlərə tamaşa etdik, çox gözəl Şeyx Zayed məscidində olduq və indi də BƏƏ paytaxtında unudulmaz istirahətin təəssüratlarını sizinlə paylaşmaq istəyirik.

 

Uçuş və yerləşmə barədə faydalı məsləhətlər

 

Bakıdan Abu Dabiyə birbaşa reyslər hələlik olmadığına görə son vaxtlara qədər turistlər bu Əmirliyə Dubay vasitəsilə gedirdilər. Amma bu yaxınlarda daha bir yol - Şarcədən tranzit yol açılıb. 2017-ci ildən Şarcənin milli aviadaşıyıcısı – “Air Arabia” həftədə dörd dəfə Bakı-Şarcə-Bakı marşrutu üzrə reyslər həyata keçirir. Hər iki tərəfə aviabiletlərin qiyməti 300 manatdan başlayır. Bu, hazırda bazarda həmin istiqamət üçün mövcud olan təkliflərin ən münasibidir. Biletin qiymətinə 10 kiloqrama qədər əl yükü daxildir və büdcəyə uyğun qiymətlər təklif edən digər şirkətlərin sərnişinləri kimi, “Air Arabia”nın sərnişinləri də bilet alarkən əlavə baqaj və yemək üçün opsiya seçə bilərlər. Uçuşun bu variantı daha bir əhəmiyyətli səbəbdən bizə optimal göründü: “Air Arabia” öz sərnişinlərinə adambaşına 40 dirhəm (təqribən 10 dollar) münasib qiymətlə Şarcə aeroportundan Abu Dabinin mərkəzinə rahat çatdırılma təklif edir. “Air Arabia”nın firma avtobusunun dayanacağı terminalın əsas çıxışının iki addımlığında yerləşir. Avtobus kondisionerlər və baqaj daşımaq üçün qoşqu ilə təchiz edilib. Haradasa iki saat yol getdik və bir də gördük ki, Abu Dabidə bərq vuran göydələnlərin əhatəsindəyik.

Abu Dabi baxmalı-görməli yerlərin və əyləncə komplekslərinin çox olması ilə yanaşı, şəhəri dövrələyən tərtəmiz çimərlikləri, Saadiyat kimi təbii adacıqları ilə öyünə bilər. Əgər kurort istirahəti istəyirsinizsə, onda lap dənizin kənarında yerləşən mehmanxanalarda özünüzə yer sifariş edə bilərsiniz. Amma hətta şəhər otelinə üstünlük versəniz belə, özünüzü dəniz və günəş vannalarının bəxş etdiyi sevincdən məhrum etməyəcəksiniz. Çünki Abu Dabinin mərkəzindən hər hansı çimərliyə cəmi 10-15 dəqiqəyə getmək olar. Bundan əlavə, Əmirliyin hakimiyyət orqanları bu il turistlər arasında “şəhər oteli + çimərlik istirahəti” konsepsiyasını təbliğ etməyə başlayıb və bu konsepsiyanın uğur qazanmaq şansı çox yüksəkdir.

Biz səfər proqramının rəngarəngliyini nəzərə alaraq, yeni formulu öz üzərimizdə sınaqdan keçirmək qərarına gəldik və şəhərin mərkəzində iki müxtəlif otelin hər birində iki gecəlik nömrə götürdük. Məlum oldu ki, “Hawthorn suits by Wyndham” və “Ramada Corniche” otelləri bir şəbəkəyə məxsusdur və onlar arasında ümumi cəhətlər çoxdur. Hər iki otel dördulduzludur, bir-birinin yaxınlığında – mərkəzi avenyu Korniş hüdudlarında yerləşir və hər ikisi dinamik urbanizm üslubundadır. Mehmanxanalar müasir rahatlığı, ləziz təamları, SPA-prosedurları ilə seçilir, “Ramada Corniche” otelinin damında isə hovuz var. Üstəlik, hər iki otel çimərliyə və populyar görməli yerlərə pulsuz çatdırılma təklif edir. Odur ki, müsafirlər hər yerə yetişmək üçün öz günlərini asanlıqla planlaşdıra – səhərlər dənizin sahilində isti qum üstündə xumarlana, gündüzlər akvapark və ya attraksion parklarından birinə yollana, axşamlar isə şəhərdə alış-veriş edə bilərlər. Abu Dabiyə axşam saatlarında çatdığımız üçün şəhərlə tanışlığa da otel ərazisindən başlamaq qərarına gəldik.

Korniş boyunca gəzinti və 80 günbəzli məscid

Deyilənə görə, Abu Dabinin əsası XVIII əsrdə qoyulub. Guya bir cavan ahu köçəri tayfanı şirin suyun olduğu bu yerlərə gətirib. Elə Abu Dabi də ərəbcədən tərcümədə “Ahunun torpağı” mənasını verir. Bu qədim yaşayış məskəni palma ağacından inşa edilmiş təqribən 300 komadan, bir neçə mərcan tikilidən və hökmdarın qalaçasından ibarət olub. O vaxtdan böyüyərək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtına - müasir kosmopolit göydələnlər şəhərinə çevrilib. 

Abu Dabi göydələnlərinin çoxu şəhərin əsas bulvarına - təqribən 8 kilometr boyunca uzanan Korniş avenyuya bitişik bir neçə məhəllədə cəmləşib. Şəhərin işgüzar həyatı məhz burada qaynayır, hökumət və ofis binaları da burada yerləşir. Gecələr çıraqbana dönən Abu Dabinin mərkəzini futuristik görkəminə görə “Yaxın Şərqin Manhetteni” də adlandırırlar. Maraqlıdır ki, Abu Dabinin müasir görkəmi hələ ötən əsrin 80-ci illərində, yəni Dubaydan xeyli əvvəl formalaşıb. Amma bu gün bu qonşu əmirliklər iddialı layihələr həyata keçirməkdə bir-birini ötməyə çalışırlar.

Səliqəli Korniş bulvarı kafe, restoran, mağaza, uşaq meydançaları, müxtəlif velosiped və piyada yolları, gözəl parklarla doludur. Bir neçə ticarət mərkəzi, o cümlədən “Abu Dhabi Mall” Kornişin lap yaxınlığındadır. Axşam saatları alış-veriş üçün ən münasib vaxtdır. Alış-veriş Abu Dabinin bir növ milli məşğuliyyətidir. Bu da təəccüblü deyildir: içərisində kondisionerlər işləyən ticarət mərkəzləri gec saatlara qədər - ən azı saat 23.00-dək açıq olur. Belə mərkəzlərdə lüks səviyyəli dəbdəbəli butiklərdən, demokratik brendlərin mağazalarından, ətriyyat, xalça və qab-qacaqdan tutmuş ədva və yeyinti məhsullarınadək hər şey tapmaq olar. “Abu Dhabi Mall” ticarət mərkəzinə hər gün 40 mindən çox adam gəlir. Odur ki, bu mərkəz sadəcə alış-veriş məkanı deyildir. Burada 200-dən çox mağaza ilə yanaşı, restoranlar, uşaq meydançası və “Cineplex” kinokompleksi yerləşir.

Ertəsi gün biz Abu Dabinin ən diqqətəlayiq və möhtəşəm məkanlarından birinə - bəyaz Şeyx Zayed məscidinə getdik. Eyni vaxtda təqribən 40 min adamı bir araya gətirən bu arxitektura möcüzəsinin 40 günbəzi, mindən çox sütunu, qızıl suyuna çəkilmiş, “Swarovski” daşları ilə bəzədilmiş çilçıraqları var. Dünyanın əllə toxunmuş ən böyük xalçası da buradadır. Şeyx Zayed məscidi yeganə məsciddir ki, başqa dinlərin nümayəndələrinin bura ekskursiyaya etməsinə icazə verilir. Məscidin girişində müsafirlərə bədənin açıq hissələrini örtən müvafiq libaslar verilir. Burada bələdçi tutmaq da olar. O, məscidin tikintisi barədə maraqlı faktlar danışır, İslam dininin əsasları ilə tanış edir. Şəhər hakimiyyət orqanlarının fikrincə, məsciddə bütün arzu edənlər üçün ekskursiyalar İslamın sülh və xeyirxahlıq dini kimi qəbul edilməsinə kömək edir. Həqiqətən də bu məscidə ilk dəfə gələn turistlərin heyran baxışlarını, onların bələdçilərin hər sözünə diqqət kəsilmələrini görəndə başa düşürsən ki, İslama maraq məhz maarifləndirmə yolu ilə yarana bilər.

 

Macəralar adası

Abu Dabi Saadiyat, Yas, Al-Marya, Rim, Nuray və s. kimi onlarca ada ilə əhatələnmiş adada yerləşir. Bu adaların ikisi – Saadiyat və Yas hazırda əsl əyləncə mərkəzlərinə çevrilib. Məsələn, maşınla paytaxtın mərkəzindən bir neçə dəqiqəlik yolda - Saadiyat adasında regionda ilk çimərlik qolf-klubu fəaliyyət göstərir, “Luvr” (Paris) və Quqqenhaym (ABŞ) muzeylərinin filialları açılışa hazırlanır. Attraksion parkları və əyləncəli şopinq imkanları olan Yas adası ailəvi istirahətin istinadgahı kimi şöhrət qazanıb. Biz də ora yollandıq. 

Abu Dabinin mərkəzindən Yas adasına avtobusla və ya avtomobillə 25-30 dəqiqəyə getmək olar. Avtobusla getsəniz, əvvəlcədən gediş kartı alın: gediş kartları mərkəzi avtovağzalda və bir neçə dayanacaqda qoyulmuş avtomatlarda satılır. Kartınız olmasa, gediş haqqını ödəyə bilməyəcəksiniz, çünki sürücülər nağd pul götürmürlər.

Adaya getməyin daha bir yolu pulsuz avtobuslardır: demək olar, bütün otellər öz müsafirlərini Abu Dabinin məşhur görməli yerlərinə, o cümlədən Yas adaşına çatdırmaq üçün avtobuslar təşkil edir. Bunun üçün sadəcə qaldığınız mehmanxananın qəbul otağında avtobusların hərəkət cədvəlini dəqiqləşdirməlisiniz.

İlk növbədə möhtəşəm “Yas Waterworld” akvaparkına yollandıq. Bu akvapark təqribən 15 futbol meydanına bərabər ərazidə yerləşir. Buradakı 43 attraksionun beşinin dünyada analoqu yoxdur. Futuristik akvaparka gələnlər 238 metr hündürlüyündə “tornado” deyilən və 6 nəfər üçün nəzərdə tutulan dünyada ilk hidromaqnit su attraksionunda sürüşə bilərlər. Adrenalin həvəskarlarını “Bubble’s Barrel” attraksionunun üç metrlik dalğaları gözləyir. Bu attraksion floubort və bodibort üçün dünyada ən hündür süni dalğalar da təklif edir. 550 metrlik “Bandit Bomber” təpəcik attraksionu dünyada su və işıq effektləri olan ilk “Amerika təpəcikləri” attraksionudur. Attraksionun müsafirləri su toplarından hədəfə atəş aça, su bombaları buraxa və işıq effektlərini işə sala bilərlər. Aşağıda dayanan tamaşaçılar isə onları “yaxşıca çimizdirə” bilərlər. Amma “Liwa Loop” attraksionu lap yaddaqalan oldu. Bu attraksion bir növ liftə bənzəyir. Ayağınızın altındakı döşəmə uçur və siz boru ilə sürüşərək aşağı düşürsünüz və açıq havaya çıxırsınız. Son dərəcə maraqlıdır.

Akvapark müsafirləri Abu Dabinin ənənələri ilə də tanış edir. Belə attraksionlar “İtirilmiş inci” adı altında birləşib. Parkda, həmçinin ənənəvi bazar, mirvari axtarışına həsr olunmuş sərgi, habelə restoranlar var.

Yas adası Formula-1 Abu Dabi Qran-prisinin keçirildiyi yer kimi də məşhurdur. Tribunaların qarşısından güllə kimi keçən bolidlərin uğultusu yaxın vaxtlardan etibarən biz bakılıları artıq təəccübləndirmir. Amma bərk sürətlə yürüşlərin ehtirasını hiss etməyimiz üçün hələlik heç bir imkanınız yoxdur. Odur ki, fürsəti əldən verməyib, “Ferrari World” attraksionlar parkına getməyi qərara aldıq. Bu, dünyada “Ferrari”yə həsr olunmuş ilk tematik park və bu qəbildən ən böyük əyləncə məkanıdır. İyirmidən çox təpəcik və digər attraksionlar, interaktiv şopinq və əsl italyan mətbəxi sizi əyləncəli şəkildə “Ferrari” dünyası ilə tanış edir. Bu parkda da favoritimiz oldu: maksimum sürəti saatda 240 kilometrə çatan “Formula Rossa” Amerika təpəciyi attraksionu. Daha bir yeni təpəcik attraksionunu – “Ferrari” avtomobillərini sınaqdan çıxaran pilotun yerində olmaq imkanı verən “Turbo Track” attraksionunu da qeyd etmək istəyirik: sizin üçün kəskin hisslər təmin olunub.

Nəhayət, böyüklüyünə görə BƏƏ-də ikinci, Abu Dabidə birinci olan “Yas Mall” ticarət mərkəzi də Yas adasında yerləşir. Günü bitirməyin ən yaxşı yolu ticarət mərkəzində gəzişərək, onun restoranlarından birində istirahət etməkdir.

 

Şahin qayğıları

Şahin ovunun yaşı 2 min ildən çoxdur. Şahinlə ova çıxmaq bu yerlərin sakinlərinin həmişə sevimli məşğuliyyəti olub. Şahin həm də bu ölkənin rəmzidir. Təsadüfi deyildir ki, dünyada quşlar üçün ən böyük və ən yaxşı təchiz edilmiş Şahin hospitalı da məhz BƏƏ-nin paytaxtı Abu Dabidə yerləşir. Hərçənd hazırda Abu Dabidə ov qadağan edilib. Amma şahinlərə sevgi Əmirlik sakinləri arasında əvvəlki kimi güclüdür. Onların bir çoxu öz malikanələrində təlim keçmiş şahinlər saxlayır, lazım gəldikdə ov etmək üçün başqa ölkələrə yollanırlar. 

Hospital quşlar üçün təkcə xəstəxana deyil, həm də özünəməxsus otel funksiyasını yerinə yetirir. Sahibləri quşları bura gətirir və mütəxəssislərin ixtiyarına verirlər. Maraqlıdır ki, bu qeyri-adi klinika ekskursiyalar üçün açıqdır. Klinikaya gələnlər quşların saxlanıldığı dəbdəbəli palatalarla tanış olur, quşlara qulluq və onların bəslənməsi prosedurlarına tamaşa edirlər. Abu Dabi aeroportunun yaxınlığında yerləşən klinikaya getmək üçün hələlik yalnız taksi xidmətindən istifadə etmək olar. Biz də belə etdik.

Müsafirlərə əvvəlcə prosedurlar nümayiş etdirilir. Azad yaşamaq imkanından məhrum edilmiş şahinlərin caynaqları və dimdikləri çox böyüyür. Quşları müvafiq formada saxlamaq üçün mütəxəssis köməyi tələb olunur. Əvvəlcə şahinə ümumi narkoz verilir. Sonra həkim xüsusi alətlə quşun caynaqlarını səliqəyə salır, dərinin ölmüş sahələrini kənarlaşdırır. Bu prosedur manikürü xatırladır. Daha sonra şahinin pəncələrinə krem çəkib masaj edirlər. Quşun dimdiyini də eyni üsulla səliqəyə salırlar.

Şahinlər uçan zaman onların manevr etməsində quyruq lələkləri və iri lələklər böyük rol oynayır. Klinikada quşların itirilmiş lələklərini bərpa etmək üçün prosedurlar da aparılır. Daha ciddi əməliyyatlar üçün yüksək səviyyədə təchiz edilmiş cərrahiyyə bölməsi nəzərdə tutulub.

Şahinlərin necə bəsləndiyini müşahidə etmək və ələ öyrədilmiş bu quşlarla xatirə şəkilləri çəkdirmək müsafirlər üçün həmişə maraqlıdır.

Turistlər şahin muzeyinə və quşların sərbəst uçduğu əraziyə də gedə bilərlər. Abu Dabinin Şahin hospitalı bütün dünyada şöhrət qazanıb. Bunu şöhrət salonunda çoxsaylı mükafatlar və bu unikal məkanda olmuş fəxri qonaqların fotoşəkilləri də təsdiq edir.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur