DÜNYA


Abu-Dabi yaşamaq və qazanmaq üçün dünyanın ən yaxşı şəhərlərindən biri sayılır

Abu-Dabi, 18 iyul, AZƏRTAC

Abu-Dabi dünyanın 60 beynəlxalq mərkəzi arasında yaşayış və biznes üçün ən yaxşı şəraitin yaradıldığı ikinci şəhər kimi tanınıb. “KhaleejTimes” qəzetinin məlumatın görə, “Ipsos City Index” araşdırmalarının nəticələrinin sonuncu buraxılışında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı iki sıra irəliləyərək London və Parisi ötüb. Reytinqə Nyu-York başçılıq edir.

Reytinqin müəyyən olunması üçün dünyanın 26 ölkəsində 16-64 yaş arasında 18 mindən çox respondent sorğu edilib. Nəticələr Abu-Dabinin kommersiya istiqamətində populyarlığının yüksəlişini təsdiqləyir. Respondentlərin 21 faizi Abu-Dabini biznes üçün ən yaxşı şəhər hesab edib ki, bu rəqəm Nyu-Yorka dair göstəricidən cəmi 2 faiz aşağıdır.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.