DÜNYA


Əbu-Dabidə dünyada ən böyük kitab nümayiş etdirilir

Əbu-Dabi, 31 may, AZƏRTAC

Əbu-Dabidə müqəddəs Ramazan ayı münasibətilə Məhəmməd Peyğəmbər (s.ə.s.) haqqında dünyada ən böyük kitab nümayiş etdirilir.

Çəkisi 1,5 ton olan kitabda Məhəmməd Peyğəmbərin (s.ə.s.) həyat fəaliyyəti və şəxsiyyəti təsvir olunub. Bundan əlavə, kitab dinc yanaşı yaşama və mütərəqqi din kimi İslama tolerant münasibət ideyalarını yaymaq məqsədi daşıyır.

Bu unikal kitaba 30 alimin əsəri daxil edilib. Kitabı ərsəyə gətirmək, o cümlədən içərisindəki mətni yazmaq üçün üç yüz işçi dörd il ərzində onun üzərində çalışıb.

Hazırda kitab 22 beynəlxalq və yerli mükafata layiq görülüb, habelə Ginnesin Rekordlar Kitabında fəxri yer tutub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.