CƏMİYYƏT


Əbu-Dabidə son 10 il ərzində ilk dəfə ərəb qum pişiyi görünüb

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) alimləri Əbu-Dabi əmirliyində gecəgörmə kameraları vasitəsilə 3 fərdi ərəb qum pişiyi qeydə alıblar. Buna qədər ölkə ərazisində nadir heyvan yalnız bir neçə dəfə (onlardan sonuncusu 2005-ci ildə) görünüb, lakin müşahidələr kameralarda təsdiq olunmayıb.

AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, BƏƏ-nin Ətraf Mühit İdarəsinin əməkdaşları Əbu-Dabinin təbiəti mühafizə zonalarında 2015-ci ilin martından dekabr ayınadək izləmə kameraları quraşdırıblar. Bu müddətdə onlar 46 şəkil əldə ediblər ki, bunun da 3-ü fərdi ərəb qum pişiklərinin təsviri olub.

Ərəb qum pişiyi gizli və gecə həyat tərzi sürür. İlk dəfə 1950-ci ildə qeydə alınıb. O vaxtdan Ərəb yarımadası ölkələrində, Suriya və İordaniyada, Misirin şimal-şərqində müşahidə olunub. Müşahidələr aparılsa da, qum pişiyinin təbii populyasiyasının vəziyyəti dəqiq olaraq bilinmir.

Ərəb pişiyinin tüklü qulaqları və ayaqları onu səhra qumundan asanlıqla qoruyur. Pişiyin bədənində maddələr mübadiləsi elə qurulub ki, onun içməli suya ehtiyacı olmur, bütün lazımi suyu qida ilə alır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.