SİYASƏT


Abu-Dabidəki Azərbaycan vətəndaşlarının 85 faizindən çoxu səsvermədə iştirak edib

A+ A

Abu-Dabi, 26 sentyabr, АZƏRTAC

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidəki səfirliyində ölkəmizin Konstitusiyasına təklif olunan dəyişikliklər və əlavələrlə bağlı keçirilən referendumla əlaqədar səsvermədə indiyədək 85 faizdən çox Azərbaycan vətəndaşı iştirak edib.

Abu-Dabidəki səfirlikdə 16-cı Yasamal seçki dairəsi nəzdində yaradılmış məntəqənin seçki siyahısında BƏƏ-də daimi və ya müvəqqəti yaşayan 75 Azərbaycan vətəndaşı qeydiyyata alınıb. Saat 14:00-a olan məlumata görə 63 nəfər səfirliyə gələrək öz iradəsini sərbəst şəkildə ifadə edib. Seçki məntəqəsində səhər saatlarından aktivlik müşahidə edilir.

Səsvermə heç bir pozuntu olmadan azad və şəffaf şəraitdə keçir. Səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.