REGİONLAR


Əbülfəs Qarayev: Azərbaycanda turistlərin təhlükəsizliyi dövlət orqanları tərəfindən təmin olunur VİDEO

Şəki, 1 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Turistlərin təhlükəsizliyi Dünya Turizm Təşkilatının fəaliyyətində prioritet istiqamətlərdən biridir. Biz də bu sahədə mövcud olan müqavilələrə tam məsuliyyətlə qoşulmuşuq. Bu gün Azərbaycanda turistlərin təhlükəsizliyi təkcə Mədəniyyət və Turizm Nazirliyi deyil, ümumiyyətlə, dövlət orqanları tərəfindən təmin olunmaqdadır. Turistin ölkəyə girişindən tutmuş gedişinədək bu məsələ ciddi nəzarət altındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə vətəndaşların qəbulu zamanı jurnalistlərə müsahibəsində səsləndirib. Bu sahədə mövcud problemlərə toxunan nazir deyib: “Bəzən məsuliyyətsizlikdənmi, səriştəsizlikdənmi bizi narahat edən faktlar ortaya çıxır. Həm qida baxımından, bəzən də asudə vaxtın keçirildiyi yerlərdə təhlükəsizliyin tam təmin olunmaması baxımından müəyyən problemlər var. Nazirlik olaraq biz müəyyən qaydalar hazırlayaraq bütün müəssisələrə təqdim etmişik. Turizm tamamilə özəl sektordur və bu gün müvafiq sahədə çalışan işgüzar insanlar bu məsuliyyəti hiss etməlidirlər”.

Dövlət tərəfindən bu sahəyə nəzarət funksiyasının gücləndirilməsinin vacibliyini önə çəkən nazir Əbülfəs Qarayev deyib: “Yeni qanun layihəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm obyektlərinə nəzarətin gücləndirilməsinə dair müvafiq təkliflər irəli sürülüb. Bu qanun qəbul olunduqdan sonra onların icrasına başlanılır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.