İQTİSADİYYAT


Əbülfəs Qarayev: Azərbaycanın işğal altındakı torpaqlarına turist axını qeyri-mümkündür VİDEO

Bakı, 20 iyun, AZƏRTAC

Dünya Turizm Təşkilatının xüsusi qərarı var ki, işğal altında olan torpaqlarda, təhlükəli ərazilərdə turizmin təbliği və təşkili məqsədəmüvafiq deyil. Bu, beynəlxalq qurumun təsdiq etdiyi bir qərardır və bütün dünya ölkələrinə bu tövsiyə göndərilir. Sözsüz ki, ona əməl edənlər var. Amma təəssüf ki, Ermənistan bu tövsiyəyə məhəl qoymur. Qəbul olunmuş qərarlara hörmətsizlik göstərilməsi bu ölkənin siyasətidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ermənilərin Dağlıq Qarabağda otellər tikməsinə, işğal olunmuş ərazilərdəki azərbaycanlılara məxsus evlərin təmir olunaraq hostel kimi istifadəyə verilməsinə münasibət bildirərkən söyləyib.

Dünya Turizm Təşkilatının bu işləri pislədiyini vurğulayan nazir deyib: “Mən inanmıram ki bu gün işğal altında olan torpaqlara turist axını olsun. Bu, qeyri-mümkündür. Yəqin ki, kimsə Ermənistanın diaspor təşkilatları hesabına və ya öz daxili imkanları hesabına gedə bilər. Lakin məlum olduğu kimi, həmin ərazilərə gedənlər Azərbaycana gəlmək imkanından məhrum olunurlar. Bütün beynəlxalq qurumlar da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.