MƏDƏNİYYƏT
Əbülfəs Qarayev İranın vitse-prezidenti ilə görüşüb
Bakı, 29 may, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xorvatiyanın Rovin şəhərində Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyası çərçivəsində İranın vitse-prezidenti, mədəni-irs, turizm və el işləri təşkilatının rəhbəri Masud Sultanifar ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tərəflər İran-Azərbaycan əlaqələrində mədəni irs və turizm sahələrinin əhəmiyyətini müzakirə ediblər. Görüş zamanı mədəni irs sahəsində oxşar elementlərin UNESCO-ya birgə təklif edilməsi və turizm turlarının təşkili təklif olunub. Həmçinin turizm sahəsində anlaşma memorandumunun yaxın vaxtlarda imzalanması üçün İranın vitse-prezidenti Bakıya dəvət edilib. Əbülfəs Qarayev yaxın vaxtlarda İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün hazırlıqlara başlanılacağını bildirib.