İQTİSADİYYAT
Abunə haqqını əvvəlcədən ödəyən abunəçilər “Ailə NET”dən “Kaspersky” antivirusu qazanacaqlar
Bakı, 7 iyul, AZƏRTAC
“Ailə NET” müasir fiber-optik internet xidmətinə keçidin təşviqi məqsədilə abunəçilərinə geniş imkanlar təklif edir.
“Caspian Telecom”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, indi 9 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçilər “Ailə NET”dən “Kaspersky” antivirusu qazanacaqlar.
Abunəçilərə eləcədə, “Kaspersky İnternet Security” kartı təqdim olunacaq. Həmin kartla hazırkı “Kaspersky” istifadəçiləri 1 il, yeni “Kaspersky” istifadəçiləri isə 8 ay tam funksional antivirus xidmətindən istifadə edə biləcəklər. Yeni “Kaspersky” istifadəçiləri hədiyyə kartı əldə etdikdən sonra buradan http://bit.do/kasperskylab antivirus proqram təminatını yükləməlidirlər.
Hədiyyə iki cihaz üçün nəzərdə tutulub və bir neçə əməliyyat sistemini dəstəkləyir.
Kampaniya bu ilin avqustun 31-dək keçirilir.
Bundan əlavə, “Kaspersky İnternet Security” kartı əldə edən, “Ailə NET” abunəçilərinin cari ilin iyulun 31-dək planşet və ya smartfon da qazanmaq imkanları var. Bunun üçün bura daxil olmaq tələb olunur: http://bit.do/lotereya
“Ailə NET”in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber-optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.