SİYASƏT
Acariya tamaşaçılarına Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib
Tbilisi, 19 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasında geniş tamaşaçı auditoriyasına malik olan TV 12 televiziya kanalına müsahibə verib.
Rəşad İsmayılov son illər ölkəmizdə turizm sahəsində əldə olunan nailiyyətlərdən, sosial-iqtisadi və xarici siyasət sahəsindəki uğurlardan danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tamaşaçılara ətraflı məlumat verib. Diplomat, həmçinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dünyanın ən sabit və sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini qeyd edib.
Müsahibənin tam mətni ilə https://www.youtube.com/watch?v=s6BVuGfL2Nk&feature=youtu.be də tanış olmaq mümkündür.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi