SİYASƏT


Acariyadakı Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin təxribatlarını qətiyyətlə pisləyir

Tbilisi, 7 iyul, AZƏRTAC

Azərbaycanın Batumidəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, Acariyada yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsindən ciddi narahatdırlar.

Acarıstan Muxtar Respublikasında fəaliyyət göstərən Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi faktı ilə bağlı bəyanat yayıb.

Bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanın qərbində, Acarıstan Muxtar Respublikasında yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğu bildirilir.

Bəyanatda deyilir: “Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönələn artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmir. Əksinə, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə BMT-nin, 1949-cu il Cenevrə konvensiyalarının, həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir”.

Bəyanatda qeyd olunur ki, Acariyada yaşayan azərbaycanlılar Azərbaycan dövlətinin, Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti dəstəkləyir və daim tarixi Vətənləri Azərbaycanla bir yerdədirlər.

Bəyanat gürcü mətbuatında da geniş işıqlandırlıb. “Adjara” PS qəzeti məlum hadisələrlə bağlı məlumat dərc edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.