İDMAN


Açıq Paris çempionatının liderləri yeddinci turda qarşılaşacaqlar

Bakı, 20 iyul, AZƏRTAC

Şahmat üzrə 75-ci açıq Paris çempionatının 6-cı turunun görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, 6 turdan sonra hər biri 5 xal toplamış Namiq Quliyev (Azərbaycan) və Andrey Şekaçyov (Ukrayna) irəlidədirlər. Püşkatmanın nəticələrinə görə, onlar yeddinci turda qarşılaşacaqlar. Azərbaycan nümayəndəsi qara fiqurlarla oynayacaq.

Dörd şahmatçı liderlərdən yarım xal, 6 şahmatçı 1 xal geri qalır.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan turnirdə 60 şahmatçı, o cümlədən 10 qrossmeyster iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.