DÜNYA
Açıq dənizdə 38 saat qalan çinli qadın möcüzə nəticəsində xilas olub
Bakı, 16 avqust, AZƏRTAC
Səyahət gəmisinin göyərtəsindən yıxılan çinli turist qadın 38 saat açıq dənizdə qalıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Şanxay şəhərinin 32 yaşlı Fen adlı sakini Yaponiya və Cənubi Koreyaya gedən kruiz gəmisində istirahət edirmiş. Dəniz mənzərəsindən vəcdə gələn turist qadın göyərtədən aşağıya çox əyildiyindən müvazinətini itirərək təxminən yeddi mərtəbəli ev hündürlüyündən dənizə düşüb.
Onunla birlikdə səyahət edən valideynləri qızlarının yoxa çıxmasından yalnız bir neçə saat sonra xəbər tutublar. Yeməksiz və susuz, xilasedici jileti olmayan turist qadın iki gün açıq dənizdə qalıb. Xoş təsadüf nəticəsində balıqçı qayığına rast gələn Fen xilas olub. O, böyük hündürlükdən suya düşməsinə baxmayaraq, heç bir xəsarət almayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]