ELM VƏ TEXNOLOGİYA


“Açıq kitab – “Dədə Qorqud” monoqrafiyası İranda fars dilində nəşr olunub

A+ A

Bakı,10 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun şöbə müdiri, Əməkdar Elm Xadimi, professor Kamran Əliyevin “Açıq kitab – “Dədə Qorqud” monoqrafiyası İran İslam Respublikasında fars dilində çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabı fars dilinə azərbaycanşünas alim, doktor Cavad Heyətin məsləkdaşı İbad Məmizadə Ağdaşlı tərcümə edib. Nəşrin elmi redaktoru dil və ədəbiyyatşünaslıq üzrə fəlsəfə doktoru Zərrin Kazımidir.

İbad Məmizadə Ağdaşlının “Açıq kitab – “Dədə Qorqud” monoqrafiyasının farsca nəşrinə yazdığı “Ön söz”də deyilir: “Kitabın tərcüməsi İran qorqudşünaslığını zənginləşdirməklə yanaşı, qorqudşünaslıq, eləcə də Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni üfüqlər açacaqdır”.

Monoqrafiyanın fars dilinə tərcümə edilməsi Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği baxımından əhəmiyyətlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.