REGİONLAR


“Açıq kitabxana” layihəsi çərçivəsində poeziya gecəsi keçirilib

A+ A

Ağsu, 31 oktyabr, AZƏRTAC 

Ağsu rayon mərkəzi kitabxanasında “Açıq kitabxana” layihəsi çərçivəsində poeziya gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, gecədə çıxış edənlər klassik və müasir Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Səməd Vurğun, M.Şəhriyar, Bəxtiyar Vahabzadə və başqaları, habelə dünya poeziya aləminin tanınan nümayəndələri, onların həyat və yaradıcılığı barədə danışıblar.

Şeir kitabları çap olunan Mətləb Məmmədoğlu, Günel Şıxaliyeva, şeir həvəskarları Əlsahab Kərimov, Səftər Əliyev, Ağbəniz Şərifova, Əfsanə Hüseynli, Rəvan Əliyeva və başqaları öz şeirlərini və klassik Azərbaycan şairlərinin əsərlərindən nümunələr söyləyib, öz yaradıcılıq planlarından söhbət açıblar.

Sonra aşıq Əmrah Məmmədov çıxış edib.

Gecənin sonunda gənc yazarlar kitablarını tədbir iştirakçılarına hədiyyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.