ELM VƏ TƏHSİL


“Açıq qapı” günündə Bakı Slavyan Universiteti haqqında məlumat verilib

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyinin “İxtisas seçimi” layihəsi çərçivəsində “Açıq qapı” günləri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müəllimlər, BSU-nun əməkdaşlıq etdiyi Bakı şəhərinin məktəblərində təhsil alan yuxarı sinif şagirdləri və onların valideynləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları BSU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, muzey, tədris və mədəniyyət mərkəzləri, kafedralarla tanış olublar.

“Açıq qapı” günləri çərçivəsində şagirdlər üçün seminarlar, açıq dərslər təşkil olunub, universitetin fəaliyyətini, tələbə həyatını əks etdirən reklam çarxı göstərilib.

Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva ilə görüş keçirilib. Görüşdə rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti, buradakı dərs prosesi, universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. N.Əliyeva BSU-nun fəxri qonaqları, habelə əməkdaşlıq etdiyi qabaqcıl xarici universitetlərdən söz açıb, həmin təhsil ocaqlarında BSU tərəfindən yaradılan Azərbaycanşünaslıq mərkəzlərinin fəaliyyətini xüsusi vurğulayıb. Rektor BSU-da müəllim və tələbələr üçün yaradılmış sağlam şəraitdən, burada aparılan yenidənqurma işlərindən danışıb.

N.Əliyeva ixtisas seçimində gənclərlə yanaşı, valideynlərin də iştirakına şərait yaradıldığını diqqətə çatdırıb.

Tədbir iştirakçılarına “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının müxtəlif illərdə çap olunmuş nömrələri, o cümlədən universitetin çoxşaxəli fəaliyyətini əks etdirən bukletlər paylanılıb.

Sonda foyedə şagirdlərin və BSU-nun tələbələrinin birgə əl işlərindən ibarət “Gənc istedadlar” sərgisinə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.