ELM VƏ TƏHSİL


Əcnəbi arxeoloqlar Azərbaycanda tunc dövrü abidələrini tədqiq etmək niyyətindədirlər

Bakı, 2 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutunun dini tədqiqatlar departamentinin rəhbəri, professor Nikola Laneri və “Qədim Aralıq dənizi hövzəsi və Yaxın Şərq tədqiqatları Mərkəzinin” (COMNES) əməkdaşı, doktor Stefano Valentini ilə görüş olub. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin arxeologiya elminə göstərdiyi diqqət nəticəsində abidələrin aşkarlanması, tədqiqi və qorunması sahəsində əldə edilmiş uğurlar, beynəlxalq tərkibli arxeoloji ekspedisiyalar, Avropa, Amerika və Asiyanın qabaqcıl elm mərkəzləri ilə elmi əməkdaşlıq barədə məlumat verib.

Qonaqlar respublikamızın ərazisində tunc dövrü abidələrinin bəşər tarixinin öyrənilməsi üçün ölçüyəgəlməz önəmini, Azərbaycan arxeoloqlarının tədqiqatları və elmə verdikləri töhfələrdən məlumatlı olduqlarını qeyd ediblər. Uzun müddət İtaliyada, Türkiyədə tədqiqatlar aparmış professor Nikola Laneri və İraq ərazisində arxeoloji ekspedisiyalarda iştirak etmiş doktor Stefano Valentini Azərbaycanın bir sıra qərb rayonlarında tunc dövrü üzrə dəfn abidələri ilə tanış olmaq və yaxın gələcəkdə tunc dövrü abidələrinin arxeoloji tədqiqatlarında iştirak etmək niyyətlərini açıqlayıblar.

Yaxın gələcəkdə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutu arasında qarşılıqlı əməkdaşlıq üzrə memorandumun hazırlanması barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.