İQTİSADİYYAT


Əcnəbilər Azərbaycanda müxtəlif xidmətlərə görə 2 milyard dollar xərcləyiblər

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Ölkəmizə gələn əcnəbilər Azərbaycanda müxtəlif xidmətlərə görə 2 milyard dollar xərcləyiblər.

Bu məlumat Mərkəzi Bankın tədiyyə balansı ilə bağlı hesabatında yer alıb.

AZƏRTAC xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin 7 ayı ərzində Azərbaycanı dincəlməyi seçən əcnəbi turistlərin sayı 1 milyona yaxın olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. Bu tendensiyanın davam etdirilməsi diqqətdə saxlanılır. İlk dəfə paytaxta Birləşmiş Ərəb Əmirliklərindən ötən illərlə müqayisədə 19 dəfə çox turist gəlib. Müşahidələr göstərir ki, dünyanın 177 ölkəsindən olan turistlər Azərbaycanda dincəlməyi seçirlər. Avropa İttifaqına üzv ölkələrdən və ABŞ-dan olan turistlərin sayında da artım var.

Qeyd edək ki, ötən il Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və Almaniyada turizm nümayəndəlikləri açıldıqdan sonra bu ölkələrdən Azərbaycana turist axını müşahidə olunmağa başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.