ELM VƏ TƏHSİL


“Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabının təqdimatı olub

A+ A

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan dili” kafedrasının professoru Maarifə Hacıyevanın “Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabının təqdimatı keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq Şairi Nəriman Həsənzadə əsəri yüksək dəyərləndirib, onun Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi, etnoqrafiyası haqqında əvəzsiz əsər olduğunu söyləyib.

Tehran Rudhen Universitetinin doktoru Hüseyn Soytürk fars dilində də çap edilən kitabın İran oxucuları üçün faydalı olacağını xüsusi vurğulayıb.

M.Hacıyeva bildirib ki, milli-mənəvi dəyərlərə daha çox üstünlük verdiyi əsərində müasir ədəbi proses, bu prosesin tarixi və ədəbi folklor qaynaqları, müstəqillik dövründə əldə olunan ədəbi töhfələr, portret yazılar əsasında təhlillər aparılıb, türk və Azərbaycan ədəbi-mədəni əlaqələrinin tarixi köklərinə diqqət ayrılıb.

Sonda “Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabı müəllifin imzası ilə iştirakçılara hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.