ELM VƏ TƏHSİL


Ədəbiyyat İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlığı möhkəmləndirir

Bakı, 7 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək iki qurum arasında əməkdaşlıq haqqında imzalanmış müqaviləni xatırladıb. İnstitutun direktoru qeyd edib ki, sözügedən müqavilə iki ölkənin ədəbi mühitinin ictimaiyyətə tanıdılması baxımından önəmlidir. Akademik İ.Həbibbəyli müqavilə çərçivəsində birgə konfransların keçirilməsinin, məqalə və kitab nəşrinin vacibliyini vurğulayıb.

Sonra İLESAM-ın sədri, şair Mehmet Nuri Parmaksız çıxış edərək 2018-ci ilin mart-aprel aylarında iki qurumun təşkilatçılığı ilə beynəlxalq simpoziumun keçiriləcəyini bildirib. M.N.Parmaksız Mikayıl Müşfiqin anadan olması ilə əlaqədar keçirilən şairlər gününün növbəti il Xəlil Rza Ulutürkün yaradıcılığına həsr ediləcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin nümayəndəsi Xəyal Rza isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi çərçivəsində istiqlal şairləri ilə bağlı anım tədbirlərinin keçiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.