ELM VƏ TƏHSİL
“Ədəbiyyatımızın vicdanı. Məqalələr, xatirələr, məktublar” kitabı çap olunacaq
Bakı, 17 dekabr, İbrahim Əsədov, AZƏRTAC
Görkəmli ədəbiyyatşünas alim, tənqidçi, tanınmış ictimai xadim, akademik Məmməd Arif Dadaşzadə haqqında “Ədəbiyyatımızın vicdanı. Məqalələr, xatirələr, məktublar” kitabı çapa hazırdır.
Kitabın tərtibçisi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə, redaktoru Əməkdar İncəsənət Xadimi, professor Zümrüd Dadaşzadədir.
A.Dadaşzadə AZƏRTAC-ın müxbirinə bildirib ki, kitabda M.A.Dadaşzadənin elmi yaradıcılığı haqqında son 50 ildə (1964-2014) yazılmış məqalələr, alimlə bağlı xatirələr toplanıb. Nəşrdə görkəmli şəxslərin, elm və mədəniyyət xadimlərinin Məmməd Arifə ünvanlanmış məktubları da yer alıb.
Kitab yaxın vaxtlarda nəşr ediləcək.