CƏMİYYƏT


Adi boymadərənin faydalı xüsusiyyətləri

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Adi boymadərənin (qanotunun) müalicəvi xassələri ta qədimdən məlumdur. Bu bitkinin tərkibində A, C və K vitaminləri, eləcə də karotin, tannidlər, flavonoidlər, axillein və efir birləşmələri var. AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, qanotu ağrı hissini və iltihabı aradan qaldırmağa, qastrit və ya kolit halında xoranı sağaltmağa, soyuqdəymədə insana kömək edib patogen mikroorqanizmləri məhv etməyə qadirdir.

Bu bitki insan orqanizmini zəhərlərdən və tullantılardan təmizləyir, təzyiqi azaldır, venoz qan dövranını normallaşdırır, miokardın fəaliyyətini yaxşılaşdırır, baş ağrısını çəkib aparır və insana sakitləşdirici təsir göstərir. Adi boymadərən çayı sistit, yuxusuzluq, yanıq və sıyrıqlar zamanı da kara gəlir.

Qədim zamanlarda qanotundan ağciyər, mədə-bağırsaq, babasil və burun qanaxmalarını dayandırmaq üçün istifadə edirdilər.

Bu bitki qadınların gözəlliyini qorumağa kömək edir. Dərinin rəngini açmaq üçün tənzifi boymadərən həlimində isladıb yarım saat üzdə saxlamaq lazımdır. Proseduru yeddi gün təkrarlamaq gərəkdir. Bu, məsamələri daraltmağa və yağlı parıltını aradan qaldırmağa kömək edir.

Əgər gün altında yanmısınızsa, boymadərən yarpaqlarından, süd, yumurta sarısı və baldan hazırlanmış qidalandırıcı maskadan faydalana bilərsiniz. Bu cür maskadan sonra dəri nəmlənir və ağrı hissi daha sizi narahat etmir.

Saçları qısa müddətdə uzatmaq üçün yumazdan bir saat əvvəl diblərinə qanotu həlimi sürtmək, yuyulduqdan sonra həlimin qalan hissəsi ilə yaxalamaq lazımdır.

Adi boymadərəndən hazırlanmış preparatları uzun müddət istifadə etmək olmaz, çünki belə preparatlar ürəkbulanma və başgicəllənmə əmələ gətirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.